Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə 17 iyul tarixində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
- Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
- Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
- Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.