Bakının Yasamal rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranıb.
Bu barədə İnsanoid.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, bu gün saat 04:20-də Yasamal rayonu, A.Abbasov küçəsində qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.
A. Abbasov, A. Şərifzadə küçələrinin tam olaraq, M.Seyidov küçəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.