Paytaxtın Nəsimi rayonunun Bülbül prospektində piyadalar üçün nəzərdə tutulan səki avtomobil dayanacağına çevrilib. Bu barədə iyunun 7-də azərbaycanlı memar Elçin Əliyev Facebook səhifəsində paylaşım edib.
Şəkillərdə piyadalar üçün salınan geniş səkinin daraldığı, ağacların kəsildiyi və piyada yolunun parkinqə çevrildiyi görünür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.
[URIS id=51933]