Bakının mərkəzində iyunun 28-də yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Nəsimi rayonundakı "Qış parkı"nın yaxınlığında qeydə alınıb. Nəticədə orada olan “Mercedes” və “Nissan” markalı avtomobillər yanaraq yararsız hala düşüb. Xəsarət alan olmayıb.
Nazirlikdən qeyd edilib ki, insident tikinti aparılan ərazidə baş verib. Təqribən 100 m² sahədə tikinti materialları yanıb. Yanğının söndürüldüyü bildirilib.
Şahidlərin sözlərinə görə, yanğından əvvəl bir neçə dəfə partlayış səsi eşidilib.