Paytaxtın “Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidini su basıb. Bu haqda iyunun 22-də Baku TV xəbər yayıb.
“Sözügedən əraziyə su keçidin üzərində yerləşən parkdan sızır. Məsələ barədə aidiyyəti quruma məlumat verilib. Onlar əraziyə suyun haradan və necə sızdığını müəyyən etsinlər ki, problemin qarşısı birdəfəlik alınsın”, - deyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirib.