Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda iyunun 15-də Report xəbər yayıb.
Hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 2000-ci il təvəllüdlü oğlanı vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.