Bakının Qaradağ rayonunda 25 yaşlı gənc bıçaqlanıb. Bu barədə 21 oktyabr tarixində Report məlumat verib.
1997-ci il təvəllüdlü Ağayev Əli Hüseyin oğlu mübahisə zəminində bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.