Paytaxt yollarındakı son vəziyyət açıqlanıb. Bu barədə iyulun 5-də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Sıxlıq müşahidə edilən yollar aşağıdakılardır:
1. Bakı-Sumqayıt şosesində, Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər, 20 Yanvar dairəsi istiqamətində;
2. Moskva prospektində, Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər, əsas və kənar yol;
3. Heydər Əliyev prospektində, Koroğlu metrosundan başlayaraq "ASAN xidmət"in yanına qədər əsas və kənar yolda, şəhər istiqamətində;
4. Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər, əsas yolda, 20 Yanvar dairəsi istiqamətində.