Paytaxtın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə edilir. Bu barədə iyunun 6-da Daxili İşlər Nazirliyi məlumat paylaşıb.
Həmin yollar aşağıdakılardır:
1. Bakı-Sumqayıt şosesində - Xocəsən yolu ilə kəsişmədən Bakı Beynəlxalq Avtovağzalının qarşısına qədər;
2. Moskva prospektində - Bakı Beynəlxalq Avtovağzalının qarşısından 20 Yanvar dairəsinədək;
3. Binəqədi şosesində - mərkəz – “Azadlıq prospekti” metrostansiyası istiqamətində Biləcəri - “Baksol” yolu ilə kəsişməyədək;
4. Rövşən Mustafayev küçəsində - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində;
5. Həsən bəy Zərdabi prospekti – Məhəmməd Xiyabani küçəsi ilə kəsişmədən 20 Yanvar dairəsinədək;
6. Tbilisi prospektində - 20 Yanvar dairəsindən Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinədək;
7. Ziya Bünyadov prospektində - Bakı Olimpiya Stadionunun yanından Atatürk prospekti ilə kəsişməyədək, 20 Yanvar dairəsi istiqamətində;
8. Abbasqulu Ağa Bakıxanov küçəsi – İzmir küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyədək Türkiyə səfirliyi istiqamətində;
9. Koroğlu Rəhimov küçəsinin akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən, Heydər Əliyev prospekti istiqamətində;
10. Aeroport şosesi – Yeni Ramana yolu ilə kəsişən hissədən mərkəz istiqamətində Heydər Əliyev prospekti ilə kəsişməyədək;
11. Heydər Əliyev prospektində - “Koroğlu” metrostansiyasının qarşısından 5 saylı ASAN Xidmət Mərkəzinin qarşısına qədər kənar yolda;
12. Xətai prospekti – Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyədək;
13. Yusif Səfərov küçəsində - Xocalı prospekti ilə kəsişməsindən başlayaraq hər iki istiqamətdə Heydər Əliyev prospekti və Cavanşir körpüsü istiqamətində, 28 May küçəsi ilə kəsişməyədək;
14. Qara Qarayev prospekti – Şirin Mirzəyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyədək;
15. Şəmsi Bədəlbəyli küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək.
İyunun 6-sı gecə saat 01:00-dan 10-12 iyun tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Həmin yollar iyunun 14-ü səhər saatlarında açılacaq.