Paytaxt yollarındakı son vəziyyət açıqlanıb. Bu barədə iyunun 16-da Daxili İşlər Nazirliyindən Report-a bildirilib.
Sıxlıq müşahidə edilən küçə və prospektlər aşağıdakılardır:
- Heydər Əliyev prospekti, Olimpiya stadionunun qarşısından başlayaraq Asan xidmətin qarşısına qədər;
- Bakı-Sumqayıt şosesi, Masazır dairəsindən başlayaraq 20 Yanvar dairəsinə qədər, Moskva prospekti də daxil olmaqla;
- Tbilisi prospekti, Moskva prospekti ilə kəsişmədən başlayaraq Çıraq plazanın qarışısına qədər;
- Koroğlu Rəhimov küçəsi, F.Xoyski küçəsi ilə kəsişmədən başlayaraq Xətai prospekti ilə kəsişməyə qədər;
- Üzeyir Hacıbəyli küçəsi, Yusif Səfərov küçəsi ilə kəsişmədən başlayaraq Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Ziya Bünyadov prospekti, Poladəritmə zavodunun qarşısından başlayaraq 20 Yanvar dairəsi istiqamətdə, Atatürk prospekti ilə kəsişməyə qədər;
- Babək prospekti, Xaqani Rüstəmov küçəsi ilə kəsişmədən başlayaraq Yusif Səfərov küçəsi ilə kəsişməyə qədər.