Bakının bir çox ərazilərində tıxac müşahidə olunur. Bu barədə 5 fevral tarixində İnsanoid xəbər verir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sıxlıq yaranmış küçə və prospektlərin siyahısını açıqlayıb:
- Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
- Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
- Tbilisi prospekti, mərkəz istiqamətində;
- Qara Qarayev prospekti, “Koroğlu” metro stansiyası istiqamətində;
- Babək prospekti, mərkəz istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində.