Bakının Bakıxanov qəsəbəsində 1 500 metrlik Oskar Əfəndiyev küçəsi əsaslı təmir edilib. Bu barədə mayın 6-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat paylaşıb.
Küçənin yağış-kanalizasiya sistemi bərpa olunub, piyada səkiləri və asfalt-beton örtüyü yenilənib. Həmçinin burada yol nişanları quraşdırılıb və parkinq yerləri təşkil olunub.
İcra olunan işlər 17 min kvadratmetrdən çox sahəni əhatə edib. Yaxın zamanlarda piyada zolaqları çəkiləcək və küçə istifadəyə veriləcək.
Hazırda Ruhulla Axundov, Əşrəf Yunusov, Ramiz Qəmbərov və Şamil Kamilov küçələrində təmir işləri davam edir.