Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 950 metr uzunluğa malik Əşrəf Yunusov küçəsi təmir edilir. Bu barədə mayın 18-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Hazırda analoji təmir işləri qəsəbə üzrə uzunluğu 600 metr təşkil edən Ruhulla Axundov küçəsində, həmçinin Ramiz Qəmbərov və Şamil Kamilov küçələrində təmir işləri aparılır.
Bildirilib ki, Sabunçu ərazisində Bakıxanov qəsəbəsi də daxil olmaqla 5 qəsəbə üzrə ümumi uzunluğu 12,7 kilometr olan küçə və yolların təmiri nəzərdə tutulub.