Bakıda sığınacaqda uşaqlara əzab verilməsi məlum olub. Bu haqda iyunun 2-də Baş Prokurorluq məlumat yayıb.
Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda mayın 10-da monitorinq aparılıb. Fevral ayından orada saxlanılan azyaşlının bədənində xəsarət izləri aşkar olunub. Digər uşaqların da orada qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı bilinib.
Fakta bağlı cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.
Report-un əldə etdiyi məlumata görə, sözügedən hadisə "Sevgi Evi" qadın və uşaq sığınacağında baş verib.