Bakının Sabunçu rayonunda BakuBus MMC-nin əməkdaşına hücum edilib. Bu barədə iyulun 4-də APA məlumat yayıb.
İnsident Ramana qəsəbəsində baş verib. Ruslan Məmmədov toydan çıxarkən tanımadığı şəxs tərəfindən ürək nahiyəsindən bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib.