Bakının Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb. Bu barədə 22 oktyabr tarixində APA məlumat verib.
Hadisə Tbilisi prospektində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Hətəmova Əsmər Ənvər qızı piyada keçidi ilə yolun əks tərəfinə keçmək istəyərkən BakuBus MMC-yə məxsus 14 nömrəli marşut xətti ilə hərəkətdə olan sərnişin avtobusu onu vurub.
Yaralı ağır kəllə-beyin travması alıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd olunub ki, avtobusda sərnişin olmayıb.