Bərdə-Ağdam dəmir yolu xəttində tikinti işlərinin 44%-i yerinə yetirilib. Bu barədə 6 may tarixində Report "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndəsinin sözlərinə istinadən məlumat verib.
Onun sözlərinə görə, layihə çərçivəsində Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarının, 3 körpü, 1 yolötürücü, 23 avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin, 47,1 kilometr rabitə və işarəvermə sisteminin tikintisi planlaşdırılır.
Məlumatda bildirilib ki, dəmir yolu xəttinin tikintisi minatəmizləmə prosesinə paralel aparılır və indiyədək 13 kilometr ərazi minalardan təmizlənib.