Bərdənin Gərənə kəndində iyulun 3-də 80 yaşlı kişi həyat yoldaşı tərəfindən döyülərək xəsarət alıb. Bu haqda Trend xəbər yayıb.
Həyat yoldaşı zərərçəkmişi öncə döyərək halsız vəziyyətə salıb. Daha sonra isə o, kişinin bədənini ütü ilə yandırıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.