Bərdədə ölümlə nəticələnən qəza baş verib. Bu barədə oktyabrın 22-də APA məlumat yayıb.
Belə ki, Alpoud kəndində 1995-ci il təvəllüdlü Loğman Hüseynli idarə etdiyi "Qaz" markalı avtomobillə hərəkət edərkən 1991-ci il təvəllüdlü Nicat Tağıyev avtomobilin pəncərəsindən tutub. Daha sonra isə avtomobilin altına yıxılıb.
Nicat Tağıyev aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.