Bərdə sakini həmyerlisini ov tüfəngi ilə güllələyib. Bu barədə iyunun 13-də Report-a DİN-dən məlumat verilib.
Hadisə iyunun 12-də Kələntərli kəndində baş verib. R.Lətifov xuliqanlıq zəminində həmkəndlisi A.Şükürovun qol nahiyəsindən vuraraq yaralayıb.
A.Şükürov saxlanılıb. Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.