Ötən gün saat 09:00 radələrində Bərdədə həyat yoldaşını güllələyərək qətlə yetirən şəxs saxlanılıb. Bu haqda mayın 26-da Baş Prokurorluq məlumat paylaşıb.
Bərdə rayonu, Hacallı kəndinin 26 yaşlı sakini yaşadığı evdə ov tüfəngindən atəş açaraq 27 yaşlı həyat yoldaşını öldürüb. Hadisə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı baş verib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi açılıb.