2022-2023-cü illərdə Bərdə və Qubada “DOST” mərkəzləri açılacaq. Bu haqda iyunun 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bu dövrdə 5 saylı Bakı “DOST” mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Həmçinin Qarabağ və Şərqi Zəngəzur ərazisində də bir neçə mərkəz, filial və xidmət məntəqələri yaradılacaq.
2019-cu ildən ümumilikdə bir DOST Agentliyi və 5 “DOST” mərkəzi açılıb. Burada vətəndaşlara 154 növ xidmət göstərilir.