Bərdədə 14 gün əvvəl kanalda batan şəxsin meyiti tapılıb. Bu haqda mayın 12-də APA məlumat yayıb.
Belə ki, aprelin 27-də Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndində bir nəfər suda batıb. 1998-ci il təvəllüdlü Elməddin Orucovun meyiti FHN-nin əməkdaşları tərəfindən tapılıb və aidiyyəti üzrə təhvil verilib.