Bərdədə 33 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb. Bu barədə 20 iyun tarixində Baş Prokurorluq məlumat verib.
Məlumata əsasən, iyunun 18-i 1989-cu il təvəllüdlü Şatırlı kənd sakininin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı müəyyən edilib ki, zərərçəkmişin 1962-ci il təvəllüdlü həmkəndlisi tüfəngdən atəş açaraq onu qəsdən öldürüb, daha sonra həmin tüfəngdən özünün baş nahiyəsinə atəş açaraq intihar edib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanıb.