Bərdə rayonunda 68 yaşlı kişi tanışı tərəfindən qətlə yetirilib. Bu haqda iyunun 27-də Baş Prokurorluq məlumat yayıb.
Araşdırmalar zamanı Xazər Məmmədovun mərhumu aralarında yaranmış münaqişə zamanı kəsici alətlə xəsarətlər yetirərək öldürməsi məlum olub. O, şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanıb.