Bərdədə piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda oktyabrın 19-da Report xəbər yayıb.
Belə ki, yolu keçən 2007-ci il təvəllüdlü Səlimzadə Güneli avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağtərəfli oturaq və bud sümüklərinin yerdəyişən sınıqları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.