Bərdə rayonunda küçə itlərini kütləvi şəkildə öldürüblər. Trend-in mayın 18-də yaydığı xəbərə görə, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.
Görüntülərin Bərdə rayonunun 866-cı qəsəbədə çəkildiyi deyilir. Şikayətçinin sözlərinə görə, bu əməli törətməyi icra başçısı göstəriş verib. Öldürə bilmədikləri itləri isə zəhərləyiblər.
Daxili İşlər Nazirliyindən bildiriblər ki, hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb.