Bərdədə narkotiklərin qanunsuz dövriyyəsi və bitkilərin kultivasiyası ilə məşğul olan 3 nəfər saxlanılıb. Bu barədə iyunun 16-da Daxili İşlər Nazirliyindən Report-a bildirilib.
Cəlal Abdullayevdən 20 qrama yaxın olan metamfetamin və heroin, eləcə elektron tərəzi aşkar edilərək götürülüb.
Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Faiq Əsgərov və Fərhad Rzazadədən ümumilikdə 79 ədəd çətənə bitkisi götürülüb.
Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.