Bərdədə narkotikin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda mayın 9-da Report məlumat yayıb.
Faktla bağlı şübhəli bilinən rayon sakini, əvvəllər də məhkum olunmuş Şəlalə İsmayılova saxlanılıb. Onun üzərindən külli miqdarda heroin aşkar edilərək götürülüb.
Ş. İsmayılova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.