Bərdədə şənlikdə havaya 2 dəfə atəş açan şəxs tutulub. Bu haqda iyunun 6-da Report xəbər yayıb.
Məlumata əsasən, rayonun Mirzəxan kəndi ərazisində keçirilən şənlik zamanı havaya 2 dəfə atəş açılıb. Müəyyən olunub ki, atəşi sərxoş vəziyyətdə olan V. Abdullayev açıb.
O, saxlanılıb. Ondan “Sayqa” markalı ov tüfəngi götürülüb.
Hazırda araşdırma aparılır.