Bərdənin Mirzəcəfərli kəndində mayın 29-da saat 23:00 radələrində oğul atasını öldürüb. Bu barədə mayın 30-da Report məlumat verib.
Əvvəllər məhkum olunmuş oğul sərxoş vəziyyətdə olaraq münaqişə zəminində evin həyətində tüfəngdən atəş açaraq atasını öldürüb.
Daha sonra qətli törədən şəxs saxlanılıb, onun istifadə etdiyi “İJ-16” markalı ov tüfəngi isə götürülüb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi açılıb.