Hindarx-Borsunlu yolunun Bərdənin Əmirli kəndindən keçən hissəsində yol qəzası nəticəsində bir nəfər həlak olub. Bu haqda mayın 16-da APA xəbər paylaşıb.
"Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ 2106" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ"da olan 70 yaşlı şəxs həlak olub. Onun 61 yaşlı qardaşı və qardaşının 58 yaşlı həyat yoldaşı isə xəsarət alıblar.
Faktla bağlı araşdırma davam edir.