Bərdədə yol qəzasında bir nəfər ölüb. Bu barədə iyunun 10-da APA məlumat yayıb.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Ədalət Şahverdiyev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə yolu keçmək istəyən iki piyadanı vuraraq hadisə yerindən qaçıb. Piyadalardan biri dünyasını dəyişib, digəri müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Sürücü saxlanılıb, faktla bağlı araşdırma aparılır.