Azərbaycanla İndoneziya arasında energetika sahəsində əlaqələr daha da inkişaf etdirilməli, daha yüksək səviyyəyə çatdırılmalıdır. Bu barədə 1 iyun tarixində İndoneziyanın Energetika və Təbii Sərvətlər Nazirliyinin Neft və Qaz üzrə İdarəsinin Baş direktoru Tutuka Ariadjiyə istinadən Report məlumat verib.
Baş direktorun sözlərinə görə, iki ölkə arasında bu sahədə Anlaşma Memorandumu imzalanıb, lakin hazırda onun icrası lazımi səviyyədə deyil. O qeyd edib ki, hazırda İndoneziya xam nefti başqa ölkələrdən alır, halbuki Azərbaycanla bu sahədə münasibətlər birbaşa qurula bilər.
Qeyd edək ki, Azərbaycan Energetika Nazirliyi ilə İndoneziya Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu 2021-ci ildə imzalanıb.