Kanalda tapılan naməlum kişi meyitinin 11-ci sinif şagirdi Süleymanov Zaura aid olduğu müəyyənləşib.
Qafqazinfo-dan verilən məlumata görə, 2005-ci il təvəlüdlü Süleymanov Zaur rayonun Böyük Bəhmənli kənd 1 nömrəli orta məktəbinin şagirdi olub.
Belə ki, Zaur iyunun 13-də, “Son zəng”dən bir gün öncə yoxa çıxıb. Zaurun nəşi sudan çıxarılan zaman onun telefonu da üzərində olub. Onun intihar etdiyi ehtimal olunur.
Qeyd edək ki, o, ali məktəbə qəbul olmaq üçün sənədlərini təqdim etmişdi.
***
09:41
Füzuli rayonunda kanalda kişi meyiti tapılıb. Bu barədə iyulun 5-də Report-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hadisə rayonun Əhmədbəyli kəndi ərazisində, Baş Mil kanalında baş verib.
Meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.