Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 29-da Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad əl-Nuaimi ilə görüşüb. Bu haqda Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə ölkələr arasındakı münasibətlərin inkişaf etdiyi vurğulanıb. Həmçinin əlaqələrin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.
Baş prokuror Kamran Əliyev, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov və Nazirlər Kabineti Aparatının struktur rəhbərləri də görüşdə iştirak ediblər.