Baş prokuror Kamran Əliyev Balakən, Zaqatala və Qax rayonlarında vətəndaşları qəbul edəcək. Bu barədə 20 iyun tarixində Baş Prokurorluq məlumat verib.
Məlumata əsasən, vətəndaşların qəbulu iyunun 28-də saat 10:00-da Zaqatala rayon prokurorluğunun inzibati binasında baş tutacaq.
Bildirilib ki, vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət edə bilərlər. Həmçinin (012) 361-14-07 nömrəli telefon və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə də qəbula yazılmaq mümkündür.