İyulun 5-də saat 10:00-da Baş Prokuror Kamran Əliyev İmişlidə vətəndaşları qəbul edəcək. Bu barədə iyunun 30-da Baş Prokurorluq məlumat yayıb.
İmişli, Saatlı, Sabirabad və Cəbrayıl sakinlərinin qəbulu İmişli rayon prokurorluğunun inzibati binasında baş tutacaq.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət edə bilərlər. Həmçinin (012) 361-14-07 nömrəli telefon və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə də qəbula yazıla bilərlər.