Baş prokuror Kamran Əliyevin Bərdə və Tərtər rayon sakinləri ilə mayın 16-na nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib. Bu haqda məlumat mayın 10-da qurumun saytında paylaşılıb.
Qəbul mayın 20-də saat 10:00-da Bərdə rayon prokurorluğunun inzibati binasında keçiriləcək.