Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz bayramı günlərində avtobusların sayını artıracaq. Bu barədə 14 mart tarixində qurum məlumat verib.
Məlumata əsasən, gücləndirilmiş iş rejimi martın 15-dən 27-nə kimi davam edəcək.
Qeyd olunub ki, təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə riayət edilməsi ilə bağlı respublikanın 56 avtovağzal və avtostansiyasılarına müvafiq tapşırıqlar verilib.