Bazar günü, dekabrın 19-da doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 11:00-da başlayacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaq.
2 saat 30 dәqiqә davam edən imtahanlarda 316 iddiaçı iştirak edəcək. Onlardan 295-i ingilis dili, 11-i fransız dili, 10-u isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini və imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni gətirməlidirlər.