İyulun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal küləyi gündüz mülayimləşəcək.
Bakıda havanın temperaturu gecə 21-23°, gündüz 30-32° isti olacaq.
Azərbaycanın şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23°, gündüz 28-33°, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacaq.