İyunun 5-də Bakıda havanın temperaturu gecə 20-22°, gündüz 33-35° isti olacaq.
Cənub küləyi əsəcək.
Əksər rayonlarda hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22°, gündüz 34-39°, dağlarda gecə 11-16°, gündüz 22-27° isti olacaq.