Mayın 29-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub küləyi əsəcək.
Havanın temperaturu Bakıda gecə 14-16°, gündüz 25-27° isti olacaq.
Rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17°, gündüz 25-30°, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacaq.