Sabah, iyunun 19-da Abşeron çimərliklərində dəniz suyunun temperaturunun necə olacağı barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən Report məlumat verib.
Belə ki, Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba çimərliklərində dəniz sununun temperaturu 22-23° isti, Türkan, Hövsan, Sahil, Şıx çimərliklərində isə 23-24° isti olacaq.
Qeyd edək ki, sabah Bakıda havanın temperaturunun gecə 20-22° isti, gündüz 29-31° isti olacağı gözlənilir.