Mayın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 13-15°, gündüz 23-25° isti olacaq.
Rayonlarda hava, əsasən, yağmursuz olacaq. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15°, gündüz 26-31° isti, dağlarda gecə 0-5°, gündüz 12-17° isti olacaq.