Lökbatan qəsəbəsindəki bazarda Tovuz rayon sakininə məxsus 340 kiloqram albalının oğurlanması barədə Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət daxil olub. Bu barədə 28 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun iyunun 11-də həmin bazarda Abşeron rayon sakininə məxsus 1500 manat, iyunun 27-nə keçən gecə isə Bakı şəhər sakininə məxsus 630 manat dəyərində meyvə oğurlaması da müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.