Bakı Dövlət Universitetinin səs yazısı yayılan müəllimi işdən azad edilib. Bu haqda iyunun 20-də təhsil ocağından Trend-ə məlumat verilib.
Bildirilib ki, Dünya İqtisadiyyatı kafedrasında çalışan Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.
Sözügedən şəxs tələbələrdən pul almaq məqsədilə onları kütləvi şəkildə imtahandan kəsməkdə günahlandırılırdı. Fəlsəfə doktoru imtahanı verə bilməyənlərə məsələnin 3-5 min manata həll edilə biləcəyini deyib. Sosial şəbəkələrdə həmin müəllimənin səs yazısı da yayılıb.