Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonu ərazisində, Mazımçay Gömrük postunda ölüm hadisəsi baş verib. Bu barədə 21 oktyabr tarixində APA məlumat verib.
Hadisə bu gün saat 11 radələrində qeydə alınıb. Belə ki,Gürcüstandan Azərbaycan ərazisinə idarə etdiyi iri tonnajlı yük avtomobili ilə keçən Belarus vətəndaşı, 1975-ci il təvəllüdlü Aleksandr Fusevin halı qəfildən pisləşib və o, hadisə yerində keçinib.
Məlumata əsasən, xarici vətəndaş ürək tutmasından ölüb.