Belarusun Baş naziri Roman Qolovçenko Azərbaycana iki günlük səfərə gəlib. Bu haqda mayın 18-də Report məlumat paylaşıb.
R.Qolovçenkonun Azərbaycanın Baş naziri Əli Əsədov və digər rəsmi şəxslərlə görüşü baş tutacaq. Hökumət başçısı Gəncə Avtomobil Zavodunu, “Caspian Agro” və “Inter Food” beynəlxalq sərgilərini və “İqlim” istehsalat müəssisəsini ziyarət edəcək.
Həmçinin Azərbaycan və Belarusun biznes dairələrinin işgüzar görüşü də gözlənilir.